SON XƏBƏRLƏR

Zəncan etirazları zamanı fitnes və karate üzrə çempion Ərşiya Bərari hakimiyyət qüvvələrinin gülləsi ilə öldürülüb

2026.01.25, 17:28
Zəncan etirazları zamanı fitnes və karate üzrə çempion Ərşiya Bərari hakimiyyət qüvvələrinin gülləsi ilə öldürülüb

Gunaz.tv

Fitnes üzrə çempion və karate idmançısı Ərşiya Bərari, cümə axşamı, 9 yanvar 2026-cı il tarixində Zəncan şəhərində keçirilən xalq etirazları zamanı İran hakimiyyətinin repressiv qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həyatını itirib.

Daxil olan məlumatlara görə, fitnes sahəsi ilə yanaşı, karate idmanının kyokuşin üslubunda da peşəkar fəaliyyət göstərən Ərşiya Bərari böyrək nahiyəsinə dəyən güllə nəticəsində öldürülüb. Yerli mənbələr bildiriblər ki, güllələnmədən sonra onun yaralı vəziyyətdə olan cəsədi saatlarla küçədə saxlanılıb və ona heç bir təcili tibbi yardım göstərilməyib.

Məlumatlara əsasən, Ərşiya Bərari beynəlxalq səviyyəli qoruyucu itlərin təlimi üzrə məşqçi kimi də fəaliyyət göstərib və bu sahədə peşəkar təcrübəyə malik olub.

Hadisə İran hakimiyyətinin ölkə miqyasında etirazların genişlənməsi fonunda interneti tamamilə kəsməsi şəraitində baş verib. Bu addım etirazçıların öldürülməsi ilə bağlı məlumatların yayılmasının qarşısını almaq məqsədi daşıyıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar