SON XƏBƏRLƏR

Etirazlar zamanı Zəncanda ən azı 11 nəfər öldürülüb

2026.02.03, 12:41
Etirazlar zamanı Zəncanda ən azı 11 nəfər öldürülüb

“2026-cü ilin yanvar etirazlarında bu şəhərdə ölüm sayı, həbslərin sayı və zorakılıq səviyyəsi son dörd onillikdə görünməmiş dərəcədə yüksək olub”.

Gunaz.tv

Bu sözləri Azərbaycanlı jurnalist Pərviz Yari özünün sosial media hesabında yazıb.

Bu şəhərdə həbslər 3 yanvarda başlayıb. Tədricən bir sıra məhbus Zəncan həbsxanasına köçürülüb. Etirazçıların saxlanılması üçün yer olmadığına görə ictimai cinayətlərə görə həbs edilən çox sayda məhbus məzuniyyətə göndərilib.

Məhbusların sənədləri ötən həftədən bəri Zəncan məhkəmələrinə göndərilib. Bir sıra məhbuslara cəzalarının bitməsinə qədər azadlığa buraxılmayacaqları və hətta məhkəmədə iştirakın həbsxananın içərisindən virtual şəkildə həyata keçiriləcəyi bildirilib.

2026-cü ilin yanvar ayında Zəncanda keçirilən etirazlarda ən azı 11 nəfər öldürülüb. Ölənlərin sayının daha çox olması ehtimalı var.

Jurnalist paylaşımında öldürülənlərin adlarını qeyd edib, Mətin Həbibi, Məhəmməd Rza Əmini, Əmin Musəvi, İlya Ocaqlı, Mətin Pərvizi, Samir Əhmədi, Ərşia Bərari, Cavid Rzai, Rza Musəvi, Mehdi Gəncdaneş və Behruz Ağacanlı.

Məlumata görə, Zəncanda öldürülən bəzi şəxslərin ailələrinə ölənlərin etirazçılar tərəfindən qətlə yetirilmiş kimi qeydiyyata alınması üçün 300 milyon tümən pul təklif edilib. Ailələrin bu təklifi rədd etdiyi bildirilir.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar