SON XƏBƏRLƏR

Rejimin iki qurbanı - Ana və oğul

2026.02.05, 11:51
Rejimin iki qurbanı - Ana və oğul

Azərbaycan İnsan Haqları Cəmiyyəti Ərkin məlumatına görə, 44 yaşlı evli Azərbaycan türkü Əhməd Məhəmmədi 8 yanvar 2026-cü ildə Zəncan əyalətinin Tarım şəhərində keçirilən etirazlar zamanı sinəsindən aldığı güllə yarasından vəfat edib.

Gunaz.tv

Məlumata görə, bu vətəndaşın anası oğlunun öldürülməsindən təxminən 20 gün sonra, hadisənin yaratdığı ağır ruhi stress və kədər səbəbindən ürək tutmasından vəfat edib.

Bu işin təfərrüatları insan hüquqlarının pozulması kimi sənədləşdiriləcək və hüquqi və beynəlxalq mexanizmlərdə izlənilməsi üçün diqqətdə saxlanılancaq.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar