SON XƏBƏRLƏR

Rejim qüvvələri Peyman Kərimpuru həbs edib

2026.02.10, 12:53
Rejim qüvvələri Peyman Kərimpuru həbs edib

9 fevral bazar ertəsi günü, İran rejiminin qüvvələri Azərbaycan Milli Hərəkatının fəalı Peyman Kərimpuru həbs etmək məqsədilə Təbrizdəki evinə basqın ediblər.

Gunaz.tv

Fəal daha öncə Təbriz Baş və İnqilab Prokurorluğunun İstintaq İdarəsinin 15-ci şöbəsi tərəfindən verilən elektron bildiriş əsasında məhkəmə orqanına çağırılmışdı.

27 dekabr 2025-cü ildə verilən bu bildirişə görə, çağırışın səbəbi məhkəmə icraçılarının hesabatının mövzusu ilə bağlı iddia edilən ittihamlar idi.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar