SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda neçə nöqtə hədəfə alınıb? (Video)

2026.03.01, 20:10
Şərqi Azərbaycanda neçə nöqtə hədəfə alınıb? (Video)

Gunaz.tv

ABŞ və İsrailin 28 fevraldan başlayan birgə hücumları fonunda sosial şəbəkələrdə və bəzi beynəlxalq media orqanlarında Təbriz və Şərqi Azərbaycan ərazisində bir neçə hərbi obyektin vurulduğu barədə məlumatlar yayılıb. Paylaşılan məlumatlara əsasən, azı 4-5 əsas nöqtə bir neçə dalğa üzrə zərbələrə məruz qalıb.

İddialara görə, Təbrizin şimalında yerləşən Əmənd raket bazası hədəfə alınıb və ərazidə ballistik raket qurğularının vurulduğu bildirilir. Eyni zamanda Təbriz Beynəlxalq Hava Limanı (Şəhid Fəkkuri aviabazası) ilə bağlı yayılan videolarda hərbi təyyarələrin məhv edildiyi iddia olunur.

Sahand Sənaye Universitetinin ərazisində partlayış görüntülərinin paylaşıldığı, həmçinin şəhər ətrafında sursat anbarları, raket mövqeləri, SEPAH və hava hücumundan müdafiə obyektlərinin hədəf alındığı bildirilir.

Digər rayonlarda da ayrı-ayrı obyektlərlə bağlı məlumatlar yayılsa da, əsas diqqət Təbrizə yönəlib. Yerli istifadəçilər internet və elektrik təchizatında ciddi problemlər yaşandığını qeyd edirlər.

Yayılan məlumatların müstəqil şəkildə təsdiqi hələlik mümkün deyil. Bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı bildirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar