SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda Urmiyəyə ardıcıl hücum dalğalarının təfərrüatı (Video)

2026.03.01, 21:32
Qərbi Azərbaycanda Urmiyəyə ardıcıl hücum dalğalarının təfərrüatı (Video)

Gunaz.tv

ABŞ və İsrailin birgə hərbi əməliyyatlarının ikinci günündə Qərbi Azərbaycan vilayəti, xüsusilə Urmiyə şəhəri hadisələrin əsas mərkəzlərindən birinə çevrilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, vilayət ərazisində bir neçə hərbi obyekt iki ayrı dalğa şəklində hədəfə alınıb; ilk dalğa şənbə səhər, ikinci dalğa isə bazar səhər saatlarında qeydə alınıb.

Yerli istifadəçilər tərəfindən paylaşılan foto və videolara əsasən, Urmiyə və ətrafında azı 6–7 hərbi nöqtənin vurulduğu iddia olunur. Hədəf göstərilən obyektlər arasında:

- “Əl-Mehdi” SEPAH hərbi hissəsi
- “Malik Əştər” hərbi hissəsi
- Xüsusi Təyinatlı Polis Qüvvələrinin komandanlığı
- Gəlmanxana sursat anbarı
- Urmiyə hava limanı
- SEPAH-ın Urmiyədəkı raket bazası
- Qərbi Azərbaycan vilayətinin sərhəd mühafizə qərargahı yer alır.

Rəsmi açıqlamaya görə, hadisələr zamanı vilayətdə 4 hüquq-mühafizə əməkdaşı həlak olub. Yerli sakinlər gecə və səhər saatlarınadək qırıcı təyyarələrin səsi, ardıcıl partlayışlar və şəhər üzərində qalxan sıx tüstü müşahidə edildiyini bildirirlər. Eyni zamanda bəzi ərazilərdə internet və elektrik təchizatında ciddi problemlərin yarandığı qeyd olunur.

Yayılan çoxsaylı görüntülərə və məlumatlara baxmayaraq, bütün iddiaların müstəqil şəkildə təsdiqlənməsi hələlik mümkün deyil. Qərbi Azərbaycan vilayətində təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı bildirilir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar