SON XƏBƏRLƏR

İranda yüzlərlə nəzarət məntəqəsi qurulub - Rəsmi

2026.03.25, 13:06
İranda yüzlərlə nəzarət məntəqəsi qurulub - Rəsmi

İran əyalətlərinə ümumilikdə 1463 xüsusi nəzarət və yoxlama məntəqəsi qurulub.

Gunaz.tv

Bu barədə İran Polis Qüvvələrinin sözçüsü Səid Müntəzir əl-Mehdi məlumat verib.

Onun sözlərinə görə, məntəqələrdə 129 mindən çox polis əməkdaşı fövqəladə hallar, xilasetmə bölmələri, xüsusi təyinatlı dəstələr və yol polisi daimi olaraq çalışır.

Müntəzir əl-Mehdi həmçinin bildirib ki, ölkə daxilində təxminən 15.000 nəqliyyat vasitəsi və motosiklet patrul bölməsi də davamlı olaraq hərəkət edir.

Onun sözlərinə görə, təhlükəsizlik obyektlərinə hədəflənmiş hücumlar zamanı bəzi hüquq-mühafizə orqanlarına dəyən ziyana görə, "taktiki dəyişikliklə patrul bölmələri polis bölmələrinə və mobil nəzarət məntəqələrinə çevrilib".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar