SON XƏBƏRLƏR

Ölkənin şimalından və cənubundan olan Azərbaycanlı tələbələr Antalyada keçirilən mədəni tədbirdə ortaq kimliklərini vurğulayıblar

2026.04.12, 13:42
Ölkənin şimalından və cənubundan olan Azərbaycanlı tələbələr Antalyada keçirilən mədəni tədbirdə ortaq kimliklərini vurğulayıblar

10 aprel cümə günü Antalyadakı Akdeniz Universiteti müxtəlif ölkələrdən olan tələbələrin qatıldığı "Beynəlxalq Mədəniyyət Festivalı"na ev sahibliyi edib.

Gunaz.tv

Qaşqay-Yurd və Türkmən Səhrasından olan tələbələr də proqramda Azərbaycan pavilyonuna qoşulublar.

"Birlik" adı ilə bəzədilmiş pavilyonda Azərbaycanla bağlı simvollar və bayraqlar, Cənubi Azərbaycan mübarizə bayrağı, eləcə də Cənubi Azərbaycan məsələləri ilə bağlı plakatlar və şüarlar nümayiş etdirilib.

Pavilyonun müxtəlif bölmələrində Azərbaycan mədəniyyəti, musiqisi, ənənəvi və milli mətbəxi ilə tanışlıq yer alırdı. Səhnə tamaşaları bölməsində Azərbaycanlı tələbələr "uzun Dərə" milli rəqsini və "Arşın Mal Alan" tamaşasını canlı ifa edərək Azərbaycan mədəniyyətini və incəsənətini nümayiş etdiriblər.

Mədəni proqramlarla yanaşı, Cənubi Azərbaycanın tarixi və 1945-ci il və Azərbaycan milli hökuməti ilə bağlı hadisələr haqqında kitablar da təqdim edilib.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar