SON XƏBƏRLƏR

Avropada benzin şoku sonrası elektrikli avtomobillərə tələbat artır

2026.04.20, 09:03
Avropada benzin şoku sonrası elektrikli avtomobillərə tələbat artır

Avropada benzinli avtomobillərin sonu yaxınlaşır?

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə; bir kommersiya şirkəti və bir tədqiqat şirkəti tərəfindən toplanmış məlumatlar göstərir ki, Avropanın əsas avtomobil bazarlarında elektrikli avtomobillərə tələbat təxminən üçdə bir artıb.

“E-mobility Europe” ticarət assosiasiyası və “New Automotive” tədqiqat şirkəti bildiriblər ki, “İran müharibəsi”ndən sonra – hansı ki, son illərin ən yüksək benzin qiyməti artımına səbəb olub – sürücülər daxili yanma mühərrikli avtomobillərə alternativ axtarmağa başlayıblar.

Məlumata əsasən; yeni elektrikli avtomobillərin qeydiyyatı ötən illə müqayisədə 29.4 faiz artaraq ilin ilk rübündə təxminən 560 min ədədə çatıb.

 

Günaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar