Ərdəbil əyalətinin sərhəd imkanları və hökumət tərəfindən həvalə edilmiş səlahiyyətlər nəzərə alınmaqla, bu bölgədən olan tacirlər, iş adamları və müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərindən ibarət iqtisadi nümayəndə heyəti yaxın günlərdə Azərbaycan Respublikasına səfər edəcək və malların idxalı üçün lazımi məsləhətləşmələr aparılacaq.