SON XƏBƏRLƏR

Şərqi Azərbaycana 2 mindən çox raket düşüb, 191 nəfər ölüb

2026.05.08, 21:15
Şərqi Azərbaycana 2 mindən çox raket düşüb, 191 nəfər ölüb

Gunaz.tv

Gunaz TV-nin yaydığı məlumata görə, Şərqi Azərbaycan valisi Bəhram Sərməst son müharibə zamanı bu vilayətin əsas hədəf bölgələrindən biri olduğunu açıqlayıb.

Onun sözlərinə görə, 40 gün ərzində vilayətin müxtəlif bölgələrinə 2 mindən çox raket və bomba düşüb, təxminən 300 nöqtə vurulub və azı 191 nəfər həyatını itirib.

Sərməst bildirib ki, hücumlar nəticəsində infrastruktur, sənaye müəssisələri, kənd təsərrüfatı və turizm sektoruna ağır ziyan dəyib.

Şərqi Azərbaycan valisi indiyədək 310 iqtisadi müəssisənin zərərinin qeydə alındığını və ümumi ziyanın 18 hemətdən çox olduğunu açıqlayıb.

O həmçinin təsdiqləyib ki, müharibə nəticəsində təxminən 2 min nəfər işini itirib və ya işsizlik təhlükəsi ilə üz-üzə qalıb.

Bəhram Sərməst çıxışının başqa hissəsində İranın idarəetmə sisteminin böhran şəraitində səmərəsiz olduğunu etiraf edib. O bildirib ki, mövcud qanunlar və bürokratik sistem müharibə şəraiti ilə uyğunlaşmır və verilən səlahiyyətlərin icrası belə ciddi maneələrlə qarşılaşır.

Vali həmçinin Təbrizin ən köhnə sənaye müəssisələrindən biri olan “Təbriz rulman zavodu”nun tamamilə dağıldığını açıqlayıb.

Son illərdə iqtisadi və idarəetmə problemləri ilə üzləşən zavod bölgənin mühüm sənaye simvollarından biri hesab olunurdu.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar