SON XƏBƏRLƏR

12 günlük müharibədən bu günə qədər təxminən 50 min nəfər vilayətin yardım sisteminə əlavə olunub

2026.05.15, 12:31
12 günlük müharibədən bu günə qədər təxminən 50 min nəfər vilayətin yardım sisteminə əlavə olunub

Şərqi Azərbaycan vilayətindəYardım Komitəsinin rəhbəri bildirib ki, “12 günlük müharibədən” bu günə qədər təxminən 50 min nəfər vilayətin yardım sisteminə əlavə olunub.

Gunaz.tv

Məhərrəd Məhəmmədpur Şatri əlavə edib ki, hazırda təşkilatın əhatə etdiyi əhali 150 mindən çoxdur.

O, həmçinin bildirib ki, son müharibə zamanı vilayətdə yardım alan 71 ailənin evləri qismən və ya tam şəkildə zərər görüb.

Məsul şəxs qeyd edib ki, may ayının sonunadək evləri təmirə ehtiyacı olan yardım alanlar üçün, sentyabr ayının sonunadək isə evlərini tamamilə itirənlər üçün bərpa və yerləşdirmə proqramı planlaşdırılıb.

Qeyd edək ki, son müharibə Güney Azərbaycan da daxil olmaqla İran cəmiyyəti üzərində ciddi iqtisadi təzyiq yaradıb. Əsas ərzaq məhsullarının kəskin bahalaşması, işsizlik və yüz minlərlə insanın biznesinin dayanması, həmçinin yoxsulluğun genişlənməsi və orta təbəqənin zəifləməsi bu müharibənin ciddi təsirlərindən hesab olunur.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar