SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Vahid Əbhəri məhkəməyə çağırılıb

2026.05.16, 11:03
Azərbaycanlı fəal Vahid Əbhəri məhkəməyə çağırılıb

Təbrizdən olan azərbaycanlı fəal Vahid Əbhəri sosial mediada türk dilində paylaşdığı bir postda məhkəməyə çağırıldığını bildirib.

Gunaz.tv

Vahid Əbhəri yazıb: “Mənə göndərilən bildirişə əsasən, əvvəlki işimə yeni bir ittiham əlavə edilib və şənbə günü səhər saatlarında ittihamın izahı üçün 3-cü prokurorluq şöbəsinə getməliyəm.”

Fəal çağırışla bağlı mümkün ehtimalı qeyd edib: “girovun ağırlaşdırılması və ya saxlanılaraq həbsxanaya göndərilmə.”

Qeyd edək ki, bu azərbaycanlı fəal bundan əvvəl də ictimai fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif ittihamlarla məhkəmələr qarşısına çıxarılıb.

 

C

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar