SON XƏBƏRLƏR

İran Azərbaycanın “Dəmir Yumruq”unu kopyaladı

2026.05.20, 19:01
İran Azərbaycanın “Dəmir Yumruq”unu kopyaladı

İran Azərbaycanın “Dəmir Yumruq” simvolunun bənzərini hazırladı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Azərbaycanda qələbə rəmzinə çevrilmiş “Dəmir Yumruq” simvoluna bənzər yeni abidə hazırlayıb.

Fars xəbər agentliyinin yaydığı məlumata əsasən, “inqilabın şəhid liderinin yumruğu” adlandırılan heykəlin maketi hazırlanıb və abidənin hündürlüyünün 15 metr olacağı bildirilib.

Məlumata görə, bu abidənin Qurban bayramına qədər Tehranın İnqilab meydanında quraşdırılması və rəsmi açılışının keçirilməsi planlaşdırılır.

Həmçinin qeyd olunub ki, bu əsərin müəllifi Əmir Əsəri daha əvvəl də inqilab mövzusunda müxtəlif layihələr hazırlayıb.

Qeyd edək ki, “Dəmir Yumruq” ifadəsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi və hərbi ritorikasında xüsusi yer tutur. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən əks-hücum əməliyyatı da “Dəmir Yumruq” adlandırılmışdı.

Həmin əməliyyat nəticəsində Azərbaycanın işğal altındakı torpaqları azad edilmiş, “Dəmir Yumruq” isə ölkədə qələbə və siyasi iradənin əsas simvollarından birinə çevrilmişdi.

 

GünAzTV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar