SON XƏBƏRLƏR

İctimai qınaq nəticə verdi - farsdilli sənətçinin Təbrizdəki açılış mərasimində çıxışı ləğv edildi

2026.06.12, 10:39
İctimai qınaq nəticə verdi - farsdilli sənətçinin Təbrizdəki açılış mərasimində çıxışı ləğv edildi

Şazda Bağı (Kəlağayı) kompleksinin Təbrizdə keçiriləcək açılış mərasimində Səlar Ağilinin ifasının ləğv edildiyi bildirilib.

Gunaz.tv

Bu qərar, sosial şəbəkələrdə qeyri-yerli, farsdilli müğənninin seçilməsinə qarşı artan etirazlar fonunda qəbul olunub.

Təşkilatçıların açıqlamasına görə, ictimai rəylər və reaksiyalar nəzərdən keçirildikdən sonra Səlar Ağilinin planlaşdırılan çıxışı proqramdan çıxarılıb. Onun əvəzinə tədbirdə Təbriz müğənnilərinin iştirakı ilə Azərbaycan musiqisinin ifa olunacağı qeyd edilib.

Təbriz şəhər meri Yəqub Hüşyar da jurnalistlərə açıqlamasında Şazda Bağının Azərbaycan sənətçiləri və musiqi qruplarının iştirakı ilə açılacağını bildirib.

Tədbirin bu gün, cümə günü saat 19:00-da keçiriləcəyi planlaşdırılır.

Şazda Bağı Təbrizin ən möhtəşəm saray komplekslərindən biri olub və Ağqoyunlu dövründə tikilib, Azərbaycan tarixinin mühüm hissəsini əks etdirir. Səfəvilər dövründə bəzi şahzadə toylarının burada keçirildiyi qeyd olunur. Qacarlar dövründə isə saray Abbas Mirzə tərəfindən genişləndirilib.

Pəhləvi dövründə türk tarixi abidələrinin dağıdılması zamanı Şazda Bağı da Rza şah tərəfindən bir çox digər abidələrlə birlikdə sökülüb. Təxminən 100 il sonra bu tarixi irs Təbriz Şəhər Bələdiyyəsi tərəfindən yenidən bərpa olunub.

 

Ş,A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar