SON XƏBƏRLƏR

Təbriz–Məşhəd sərnişin qatarı yoldan çıxıb, 14 nəfər yaralanıb

2026.06.12, 11:10
Təbriz–Məşhəd sərnişin qatarı yoldan çıxıb, 14 nəfər yaralanıb

Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyətinin baş direktoru Təbriz–Məşhəd sərnişin qatarının relsdən çıxması ilə bağlı hadisədə xilasetmə əməliyyatlarının başa çatdığını bildirib.

Gunaz.tv

Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin direktoru Səbir Cudi deyib ki, “Təbriz–Məşhəd sərnişin qatarı 2025-cı il 11 iyun cümə axşamı günortadan sonra Təbrizin Xavəran stansiyasından Məşhəd istiqamətində hərəkət edərkən Türkmənçay ərazisində relsdən çıxıb və 5 vaqon zədələnib.”

Cudi əlavə edib ki, hadisə zamanı zədələnmiş beş vaqonda ümumilikdə 189 sərnişin olub və nəticədə 14 nəfər yaralanıb.

Onun sözlərinə görə, yaralılardan 3 nəfər Qızıl Aypara xilasediciləri tərəfindən hadisə yerində ambulator şəkildə müalicə olunub, digər 11 yaralı isə müalicənin davam etdirilməsi üçün xəstəxanalara aparılıb.

Türkmənçay rayonu Təbrizin təxminən 160 kilometr cənub-şərqində yerləşir.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar