SON XƏBƏRLƏR

İsrailin hücum planı 60 dəqiqə qalmış niyə dayandırıldı?

2026.06.17, 00:15
İsrailin hücum planı 60 dəqiqə qalmış niyə dayandırıldı?

İsrailin İrana qarşı genişmiqyaslı hücumu son anda ləğv edildi – Müharibənin taleyi bir saatda dəyişdi.

Gunaz.tv

İsrail Hərbi Hava Qüvvələri İran əleyhinə planlaşdırılan genişmiqyaslı hücumun son anda ləğv edildiyini açıqlayıb.

Gunaz TV-nin məlumatına görə, İsrail ordusu bildirib ki, İranla son qarşıdurmalar zamanı “böyük dalğa” şəklində nəzərdə tutulan hava əməliyyatı icra edilmədən dayandırılıb.

Məlumata əsasən, əməliyyatın ləğvindən əvvəl İsrail qırıcıları İranın raket atışlarına cavab olaraq ötən həftə İran ərazisində bəzi hədəfləri bombalayıb.

İsrail Hərbi Hava Qüvvələrinin komandanı Omer Tişler göndərdiyi mesajda bildirib: «Eyni zamanda müdafiə əməliyyatları ilə paralel olaraq Hərbi Hava Qüvvələri bazalardan 1500 kilometr məsafədə hücumlar həyata keçirdi. Bir neçə saat ərzində İran daxilində onlarla hədəf vuruldu və İranın hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan dəydi, eləcə də digər hökumət strukturları hədəfə alındı.»

Bununla belə, onun sözlərinə görə, daha geniş miqyaslı və əvvəlcədən planlaşdırılmış əməliyyat heç vaxt icra olunmayıb və son anda dayandırılıb.

O əlavə edib: «8 iyun günü axşam saatlarına qədər bütün Hərbi Hava Qüvvələri İranın dərinliklərində yüzlərlə hədəfə qarşı geniş əməliyyat üçün tam hazır vəziyyətdə idi.»

Komandan bildirib: «Əməliyyatın başlanmasına cəmi bir saat qalmış, eskadron brifinqi zamanı hücumun dayandırılması əmri verildi.»

“Times of Israel” yazır ki, bu qərar İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən qəbul edilib.

Məlumata görə, qərarın verilməsi ABŞ prezidenti Donald Trampın gərginliyin daha da artmasının qarşısını almaq üçün çağırışından sonra baş verib.

Eyni zamanda Donald Tramp İranla imzalanan razılaşmanın 28 fevraldan bəri ABŞ, İsrail və İran arasında davam edən müharibəyə son qoyduğunu bildirib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar