SON XƏBƏRLƏR

Əhərdə Saleh Mollaabbasinin dəfn mərasimi keçirilib

2026.06.25, 10:45
Əhərdə Saleh Mollaabbasinin dəfn mərasimi keçirilib

Dünən, çərşənbə günü, Əhər şəhərinin Bərqi qəbiristanlığında tanınmış Azərbaycanlı fəal Saleh Mollaabbasinin dəfn mərasimi keçirilib.

Gunaz.tv

Saleh Mollaabbasinin vida və torpağa tapşırılma mərasimi ailə üzvlərinin, yaxınlarının və bir qrup Azərbaycanlı fəalıniştirakı ilə baş tutub. Mərasim iştirakçıları onu məşhur “Ayrılıq” mahnısının sədaları altında son mənzilə yola salıblar.

Saleh Mollaabbasi çərşənbə axşamı Əhər şəhərində ürək tutması nəticəsində vəfat edib. O, uzun illər ərzində Güney Azərbaycan türklərinin milli hüquqlarının müdafiəsi uğrunda fasiləsiz fəaliyyət göstərmiş, bu fəaliyyətlərinə görə İranın təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilərək həbsxanaya salınmışdı.

Saleh Mollaabbasi bütün həyatı boyu Azərbaycan türklərinin milli varlığının qorunması və onların hüquqlarının əldə olunması naminə böyük fədakarlıqlar göstərmişdi. Xüsusilə Qaradağ bölgəsində milli hərəkatın təşkilatlanması və milli şüurun formalaşmasında mühüm rol oynamışdı.

Saleh Mollaabbasi siyasi məhbusların ailələrinin də daim yanında olub. Babək qalası mərasimləri zamanı saxlanılan fəalların ailələrinin və övladlarının qayğısına qalmağa çalışıb.

O, həmçinin Təbriz və Ərdəbildə siyasi məhbuslara dəstək məqsədilə keçirilən tədbirlərdə iştirak etmiş, Mürtəza Muradpurun aclıq aksiyasına dəstək məqsədilə Təbriz Mərkəzi Həbsxanası qarşısında keçirilən etiraz aksiyası zamanı isə saxlanılmışdı.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar