SON XƏBƏRLƏR

İranda elektrik stansiyaları vurulub?- Tehran rəsmisi açıqladı

2026.07.14, 15:06
İranda elektrik stansiyaları vurulub?- Tehran rəsmisi açıqladı

Əgər bilsəydiniz iki gün qabaq ölkənin hası elektrik stansiyaları vurulub Tehranda əvvəlcədən elan olunmamış elektrik kəsintiləri barədə sual verməzdiniz.

Gunaz.tv

Bunu Tehran Şəhər Şurasının sədri Mehdi Çəmran paytaxtda elektrik enerjisi kəsintilərinin səbəbi barədə jurnalistlərin suallarına cavab olaraq deyib.

O, hansı elektrik stansiyalarının hədəf alındığı barədə sullara cavab verməyib.

Bu iddia, İslam Respublikası və ya ABŞ-dan heç bir rəsminin elektrik stansiyaları da daxil olmaqla enerji infrastrukturuna hücumu təsdiqləməməsinə baxmayaraq irəli sürülüb.

Digər tərəfdən, Energetika Naziriyi bir müddət əvvəl isti mövsümün gəlməsi və istehlakın pik həddə çatması ilə elektrik şəbəkəsinin təhlükəsizliyini və sabitliyini qorumaq üçün daxili sektora məhdudiyyətlər tətbiq olunacağını bildirmişdi. 

Nazir müavini Mustafa Rəcəbi Məşhədi elektrik kəsilməsinin maksimum iki saat davam edəcəyini və əvvəlcədən planlaşdırma və bildirişlə həyata keçiriləcəyini iddia etmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın İrana yeni hücumlarının başlamasından sonra bir neçə şəhərdə, o cümlədən Tehranda elektrik enerjisinin verilişində kəsintilər yaranıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar