SON XƏBƏRLƏR

Yaşar Həsənpur beş aydır məhkəmə qərarı olmadan həbsdə saxlanılır

2026.07.21, 11:29
Yaşar Həsənpur beş aydır məhkəmə qərarı olmadan həbsdə saxlanılır

Türk azərbaycanlı fəal Yaşar Həsənpur 24 fevral 2026-cı il tarixindən etibarən həbsdə saxlanılır və aradan bir neçə ay keçməsinə baxmayaraq, onun barəsində hələ də məhkəmə qərarı verilməyib.

Gunaz.tv

O, hazırda Təbriz həbsxanasının xüsusi bölməsində saxlanılır.

Əldə olunan məlumata görə, həbsindən beş ay keçməsinə baxmayaraq, indiyədək Yaşar Həsənpurun ailəsinə onun hansı ittihamla və ya hansı səbəbdən saxlanıldığı barədə rəsmi məlumat verilməyib. Bu vəziyyət ailəsi və yaxınlarının narahatlığını daha da artırıb.

Yaşar Həsənpurun ailəsi iş üzrə araşdırmaların gedişi ilə bağlı şəffaflığın təmin edilməsini, mümkün ittihamların rəsmi şəkildə açıqlanmasını və bu vətəndaş fəalının qanuni hüquqlarına riayət olunmasını tələb edir.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar