SON XƏBƏRLƏR

Ərdəbildən olan azərbaycanlı müəllim sosial media fəaliyyəti səbəbilə işdən çıxarılıb

2026.07.24, 11:13
Ərdəbildən olan azərbaycanlı müəllim sosial media fəaliyyəti səbəbilə işdən çıxarılıb

İran Müəllimlərinin Həmkarlar İttifaqları Koordinasiya Şurası bildirib ki, Ərdəbil Təhsil İdarəsində müqaviləli müəllim kimi çalışan Müctəba Əmiri inzibati və seçim mərhələlərini keçməsinə baxmayaraq, sonda Təhsil Nazirliyində fəaliyyətini davam etdirmək hüququndan məhrum edilərək işdən çıxarılıb.

Gunaz.tv

Qurumun məlumatına görə, əslən Ərdəbildən olan azərbaycanlı müəllim bir il əvvəl “İnstaqram fəaliyyəti” səbəbilə vəzifəsindən müvəqqəti uzaqlaşdırılmışdı.

Nəhayət, Təhsil Nazirliyinin Seçim Komissiyası qərar qəbul edərək Müctəba Əmirinin müəllim kimi ümumi səlahiyyətlərini təsdiqləməyib. Bu qərar onunla əməkdaşlığa xitam verilməsi və Təhsil Nazirliyindən çıxarılması ilə nəticələnib.

Məlumata əsasən, sosial şəbəkələrdə fəaliyyəti və İnstaqram hesabında paylaşdığı materiallar komissiyanın qərarına təsir göstərən əsas səbəblərdən biri kimi göstərilib. Müəllimin qərardan verdiyi etiraz isə nəticəsiz qalıb.

İran Müəllimlərinin Həmkarlar İttifaqları Koordinasiya Şurası müəllimlərin sosial mediada dinc fəaliyyət göstərdiklərinə və fikirlərini ifadə etdiklərinə görə işdən çıxarılmasını ifadə azadlığı, müəllimlərin iş təhlükəsizliyivətəndaş cəmiyyəti fəaliyyətləri hüququna zidd hesab edərək bunu pisləyib.

Şura həmçinin siyasi və ideoloji məhdudiyyətlərə əsaslanan qərarların ləğv edilməsini, işdən çıxarılan bütün müəllimlərin işlərinə yenidən baxılmasını və onların vəzifələrinə bərpa olunmasını, eləcə də müəllimlərə və həmkarlar ittifaqları fəallarına qarşı təhlükəsizlik yönümlü təzyiqlərə son qoyulmasını tələb edib.

 

Ş.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar