SON XƏBƏRLƏR

Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu

2026.08.14, 12:22
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu

Daşkənddə keçirilən yeniyetmələr və gənclər arasında Asiya çempionatında 95 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən, Ərdəbildən olan azərbaycanlı türk ağırlıqqaldıran yeniyetmə Taha möhtəşəm nəticə göstərərək üç qızıl medal qazandı və bir neçə Asiya və dünya rekorduna imza atdı.

Gunaz.tv

Taha birdəfəlik qaldırmada mübarizəyə 165 və 170 kq çəkiləri uğurla qaldırmaqla başladı. Üçüncü cəhdində isə 176 kq çəkini başı üzərinə qaldırdı. Bu nəticə ona həm birdəfəlik qaldırmada qızıl medal qazandırdı, həm də bu yaş kateqoriyasında Asiya və dünya rekordlarını yeniləməsinə imkan verdi.

O, ikiqat qaldırmada da əvvəlcə 205 kq-ı uğurla qaldırdı, ikinci cəhdində isə 215 kq nəticə göstərdi. Üçüncü cəhdində yenidən 215 kq sifariş etsə də, bu çəkini qaldıra bilmədi.

Buna baxmayaraq, 215 kq nəticəsi ikiqat qaldırmada qızıl medal qazanması üçün kifayət etdi.

Yeniyetmə ağırlıqqaldıran 215 kq-lıq ikiqat qaldırma nəticəsi ilə ikiqat qaldırma və toplam üzrə dünya rekordlarını da yenilədi.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar