Bu haqda uşağın atası Bəhram Əliyar Balamın Adı kampaniyasına danışıb.
"Qızımız 15 iyun 2026 dünyaya gəlib və biz onun adını Elin qoyduq. Türk dilində bu ad ‘elə mənsub olan, seçilmiş, ailənin sevimlisi’ mənalarını verir. Lakin Şəbüstər Əhalinin Qeydiyyatı İdarəsinin əməkdaşları doğum haqqında şəhadətnamə verməkdən imtina etdilər və bildirdilər: ‘Ad türk mənşəli və həmzəli olduğu üçün sistem onu qəbul etmir. Maneələrə baxmayaraq, əvvəllər eyni adla bir sıra şəxslərə doğum haqqında şəhadətnamə verilib. Məsələn, 2023-cü ilin iyul ayında Təbrizdə yaşayan Mir Məcid Nəqizadə ailəsi beş ay davam edən müraciət və hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə övladlarına Elin adı ilə doğum haqqında şəhadətnamə almağa nail olub." - deyə Bəhram Əliyar bildirib.
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarının qeydiyyatına mane olmaq üçün istifadə etdiyi üsullardan biri məhkəmə həmin adların qeydiyyata alınmasına qərar verdikdən sonra belə onları “qadağan olunmuş adlar siyahısı”ndan çıxarmamaqdır. Nəticədə başqa bir ailə eyni adla müraciət etdikdə, səlahiyyətlilər “istənilən ad sistemdə mövcud deyil” arqumentini irəli sürərək doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Beləliklə, valideynlər əvvəlki ailələrin keçdiyi çətin və bahalı hüquqi prosesdən yenidən keçməyə məcbur olurlar.
Ş.A