SON XƏBƏRLƏR

Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb

2026.08.20, 12:21
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb

Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları Vahid Vəlizadənin evinə basqın edərək azərbaycanlı fəalın mənzilində axtarış aparıblar.

Gunaz.tv

Məlumata görə, əməkdaşlar axtarış zamanı Vahid Vəlizadənin mobil telefonunu və noutbukunu götürərək özləri ilə aparıblar.

Hadisənin səbəbi, fəala qarşı irəli sürülə biləcək ehtimal olunan ittihamlar və onun sonrakı taleyi barədə hələlik ətraflı məlumat yayılmayıb.

Qeyd edək ki, Vahid Vəlizadə Azərbaycan türkcəsi və Azərbaycan mədəniyyəti sahəsində fəaliyyət göstərir, bu mövzularla bağlı mədəni və ictimai fəaliyyətlə məşğul olur.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar