SON XƏBƏRLƏR

Cəbrayıl Pakruh xəstəxanada ağır vəziyyətdə olmasına baxmayaraq həbs cəzasının icrası üçün zindana çağırılıb

2026.08.27, 13:38
Cəbrayıl Pakruh xəstəxanada ağır vəziyyətdə olmasına baxmayaraq həbs cəzasının icrası üçün zindana çağırılıb

Azərbaycan türkü fəalı Cəbrayıl Pakruh miasteniya qravis (MG) xəstəliyi səbəbilə Təbrizdəki Razi Xəstəxanasının nevrologiya şöbəsində müalicə aldığı və səhhəti ağır olduğu halda, həbs cəzasının icrası üçün zindana müraciət etməsi barədə bildiriş alıb.

Gunaz.tv

Bu iş onun barəsində Nizam-intizam Qüvvələrinin Hüquq İdarəsi və Şərqi Azərbaycan parlament nümayəndələri üzrə qurumun şikayəti əsasında “yalan məlumatların yayılması” ittihamı ilə açılıb.

Cəbrayıl Pakruh Razi Xəstəxanasından yayımladığı videoda bildirib ki, xəstəliyinin ağırlığı səbəbilə mütəmadi olaraq IVIG (venadaxili immunoqlobulin) preparatı qəbul etməlidir. Lakin aidiyyəti qurumlar və Sosial Təminat Təşkilatının sığorta qurumu onun bahalı müalicə xərclərinin təsdiqlənməsi və qarşılanmasından imtina edir. O, mövcud ədalətsizliyi və təzyiqləri kəskin tənqid edərək özünün və ailəsinin maddi və tibbi vəziyyətini böhranlı kimi qiymətləndirib.

Həmçinin Təbriz Razi Tədris və Müalicə Mərkəzinin yayımladığı tibbi məktuba əsasən, müalicə həkimi miasteniya qravisin müalicəsi üçün onun xəstəxanada qalmasının və IVIG preparatını yenidən qəbul etməsinin zəruri olduğunu vurğulayıb.

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar