SON XƏBƏRLƏR

7 yaşlı Güneyli şagird hamını təəccübləndirdi

2026.09.14, 19:49
7 yaşlı Güneyli şagird hamını təəccübləndirdi

Təbrizli 7 yaşlı şagird birbaşa 6-cı sinfə keçməyə hazırlaşır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Təbrizdən olan 7 yaşlı Salar Rza Məhəmmədi sürətli keçid imtahanında uğur qazandıqdan sonra hazırda 4-cü sinifdə oxuyur və birbaşa 6-cı sinfə keçməyə hazırlaşır.

Salar təhsil yolu barədə danışarkən valideynlərinin tövsiyələrinə əməl etdiyini və mütaliə ilə dərs oxumaqdan yorulmadığını bildirib.

Bu Güney Azərbaycanlı şagird beynəlxalq zəka və kompüter yarışlarında gümüş medal qazanıb və istedadlılar fonduna üzv olub.

Salar indi daha bir sürətli keçid imtahanında iştirak edərək 4-cü sinifdən birbaşa 6-cı sinfə keçməyi planlaşdırır.

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar