SON XƏBƏRLƏR

Təbrizli jurnalistdən sual: Bu il də Şəhriyarı “fars şairi” kimimi təqdim edəcəksiniz?

2026.09.17, 13:16
Təbrizli jurnalistdən sual: Bu il də Şəhriyarı “fars şairi” kimimi təqdim edəcəksiniz?

Şəhriyarın anım mərasimləri ilə bağlı builki proqramların təqdimatı üçün Şərqi Azərbaycan vilayətinin siyasi valisinin müavini Məhəmmədzadənin iştirakı ilə vilayət administrasiyasında mətbuat konfransı keçirilib.

Gunaz.tv

Konfransda “Azərəncümən”in jurnalisti Səma Şirzad Şəhriyarın türkcə irsinin kölgədə saxlanılmasına etiraz edərək vali müavininə sual ünvanlayıb:

“Ötən il Şəhriyarın anım tədbirinin təşkilatçıları və dövlət televiziyası bilərəkdən yalnız onun farsca şeirlərini təqdim etdilər. Bu il də Şəhriyarı fars şairi kimimi təqdim edəcəksiniz?”

Şərqi Azərbaycan vilayətinin valisinin müavini isə bu suala konkret və aydın cavab verməyib, builki tədbirlərdə Şəhriyarın necə təqdim olunacağı ilə bağlı birbaşa mövqe bildirməkdən yayınıb.

Qeyd edək ki, ötən il Şəhriyarın anım mərasimlərinin keçirilməsi də müxtəlif mübahisə və etirazlarla yadda qalıb. Xüsusilə şairin təqdimatında türkcə irsinin və azərbaycanlı kimliyinin arxa plana keçirilməsi tənqid olunub.

Ötənilki tədbirlərin təşkili və bu mərasimlərə ayrılan vəsaitlər də media və mədəniyyət çevrələrində müzakirələrə səbəb olub.

İndi isə əsas sual budur: Bu il Şəhriyar özünün bütün ədəbi, mədəni və milli kimliyi ilə təqdim olunacaqmı?

 

Ş.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar