SON XƏBƏRLƏR

"Traktor" qitədə ən çox izlənilən ikinci komanda oldu

2026.11.16, 11:36
"Traktor" qitədə ən çox izlənilən ikinci komanda oldu

Təbrizin "Traktor" komandası ilə BƏƏ-nin Əl-Vəsl komandaları arasında Asiya Elit Liqasında keçirilən matç qitə mövsümünün ən çox izlənilən ikinci oyunu elan edilib.

Gunaz.tv

Bu haqda Asiya Futbol Konfederasiyası məlumat yayıb.

Asiya Futbol Konfederasiyası Elit Liqada, ikinci dərəcəli Asiya Çempionlar Liqasında və aşağı liqada iştirak edən tamaşaçıların ümumi sayının 2.434.500 olduğunu, Asiya yarışlarında orta tamaşaçı sayının isə 8.949 olduğu açıqlayıb.

Ər-Riyadda Səudiyyə Ərəbistanının Əl-Əhli və Yaponiyanın Maçida komandaları arasında keçirilən Elit Liqa finalı da 58.984 tamaşaçı ilə Asiya qitəsində ən çox izlənilən oyun elan edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar