SON XƏBƏRLƏR

Bəhreyn İrana bağlı şəxslər ağır cəza verdi

2026.11.16, 15:19
Bəhreyn İrana bağlı şəxslər ağır cəza verdi

Bu gün Bəhreyn məhkəməsi İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələrdə ittiham olunanları 15 ildən ömürlük həbs cəzasına məhkum edib.

Gunaz.tv

Bu barədə Bəhreyn Prokurorluğu məlumat yayıb.

Cəzalandırılanların 64 nəfər olduğu, onlardan 59-nun ömürlük, 5-nin isə hər birinin 15 il azadlıqdan məhrum edildiyi bildirilib.

Təqsirləndirilən şəxslərin bəzilərinə 100.000 dinar cərimə cəzası verilib, həmçinin təqsirləndirilən şəxslərdən müsadirə edilən səkkiz milyon dinardan çox pul və digər əşyalar müsadirə edilməsi barədə əmr verilib.

Bəhreyn Prokurorluğu bu şəxslərin "vilayəti fəqih" nəzəriyyəsini təbliğ etmək və Bəhreyn hökumətini güc və qanunsuz metodlar, o cümlədən üsyan və təxribat yolu ilə dəyişdirmək üçün çalışdıqlarını açıqlayıb.

Bəhreyn Prokurorluğu bu qrupun liderlərinin tapşırıqlar və təlimatlar almaq üçün İnqilab Keşikçiləri Korpusunun və İslam Respublikasının kəşfiyyat xidmətinin üzvləri ilə əlaqə saxladıqlarını bildirib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar