SON XƏBƏRLƏR

Vaxt keçdikcə İran hökumətinin vəziyyəti daha da pisləşəcək - Tomas Piqott

2026.11.16, 10:46
Vaxt keçdikcə İran hökumətinin vəziyyəti daha da pisləşəcək - Tomas Piqott

İslam Respublikasına iqtisadi təzyiq artmaqda davam edir və zaman keçdikcə İran hökumətinin vəziyyəti daha da pisləşəcək.

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Tomas (Tommi) Piqott deyib.

O, Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən sanksiyaların İslam Respublikasının "pis niyyətli" fəaliyyətləri maliyyələşdirmək imkanlarını məhdudlaşdırdığını vurğulayıb.

"İranda 300-400 faiz arasında inflyasiya müşahidə edirik. Həmçinin bu əməliyyatın real iqtisadi təsirlərini də görürük ki, bu da İslam Respublikasının dağıdıcı fəaliyyətlərini davam etdirmək qabiliyyətini birbaşa məhdudlaşdırır",- ABŞ hökumətinin iqtisadi təcrid əməliyyatının nəticələrinə toxunaraq Piqot bildirib. 

ABŞ Dövlət Departamentinin sözçüsü əlavə etdi ki, İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq ABŞ prezidenti Donald Trampın əsas məqsədi olaraq qalır:

"Tramp əsas prinsipi çox aydın şəkildə ifadə edib: İslam Respublikası nüvə silahı əldə etməməlidir və bu, əsas məqsəd olaraq qalır".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar