SON XƏBƏRLƏR

Urumiyə Ulu Məscidi; Güney Azərbaycanın minillik Səlcuq irsi (Video)

2026.10.07, 18:32
Urumiyə Ulu Məscidi; Güney Azərbaycanın minillik Səlcuq irsi (Video)

Gunaz.tv

Güney Azərbaycanın Urumiyə (Urmu) şəhərində yerləşən Ulu Məscid Səlcuq dövrünün mühüm tarixi abidələrindən biridir. XI əsrdə Böyük Səlcuq dövründə məscidə çevrilən bu tarixi tikilidə müxtəlif dövrlərin memarlıq izləri qorunub saxlanılıb.

Məscidin yarımtay formalı günbəzi, mehrabı, yeraltı şəbistanı, sütunları və kufi kitabələri əsas memarlıq xüsusiyyətləri sırasındadır. İlhanlılar dövründə əlavə edilmiş gips mehrab isə Mərənd Ulu Məscidinin mehrabına bənzərliyi ilə seçilir.

Bu gün də istifadə olunan Ulu Məscid İranın milli abidələr siyahısında yer alır və Urumiyənin ən mühüm tarixi tikililərindən biri hesab olunur.

Türkiyənin Anadolu Agentliyi oktyabrın 7-də Urumiyə Ulu Məscidi haqqında hazırladığı video reportajı yayımlayıb. Agentlik reportajda məscidin tarixi və özünəməxsus memarlıq xüsusiyyətlərini təqdim edib.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar