SON XƏBƏRLƏR

İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı

2026.10.09, 15:43
İranda uşaq istismarı- ABŞ Dövlət Departamenti hesabat yaydı

İslam Respublikası insan alverinə qarşı mübarizənin ən aşağı pilləsindədir və İİKK 12 yaşlı uşaqları da işə cəlb edir.

Gunaz.tv

Bu ABŞ Dövlət Departamenti 2026-cı ildə insan alveri ilə bağlı hesabatında bildirilib. 

Hesabatda İslam Respublikası yenidən bu qiymətləndirmənin ən aşağı səviyyəsi olan "3-cü Səviyyə"də qərarlaşıb və Tehranın insan alveri ilə mübarizədə minimum standartlara cavab vermədiyi, vəziyyəti yaxşılaşdırmaq üçün əhəmiyyətli səylər göstərmədiyi qeyd olunub.

Həmçinin İslam Respublikası hakimiyyəti insan alveri ilə bağlı cinayətlər törətməkdə və ya onları gözardı etməkdə, eləcə də uşaqları silahlı qruplara və strukturlara cəlb və istifadə etmək modelinə davam etməkdə ittiham olunub. Hesabata görə, İİKK və "Bəsic" iranlı uşaqlarla yanaşı, Əfqanıstan, Pakistan və suriyalı immiqrantları da işə götürüblər.

ABŞ Dövlət Departamenti həmçinin bildirir ki, İİKK bu ilin əvvəlində başlayan cəlbetmə kampaniyasında təhlükəsizliklə bağlı missiyalar da daxil olmaqla bəzi fəaliyyətlər üçün minimum yaş həddini 12 yaş olaraq müəyyən edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar