SON XƏBƏRLƏR

Yaponiya uşaq istismarı ilə bağlı qaydaların tətbiqini gücləndirib

2026.10.10, 12:39
Yaponiya uşaq istismarı ilə bağlı qaydaların tətbiqini gücləndirib

Yaponiya dövləti dini ailələrdə uşaq istismarı ilə bağlı qaydalar qəbul edib.

Gunaz.tv

Qaydalara əsasən, uşağı "bunu etməsən, cəhənnəmə gedəcəksən" kimi ifadələrlə hədələmək, onu dəfələrlə dəhşətli görüntülərlə qorxutmaq və ya gələcək seçimlərini məhdudlaşdıraraq dini ayinlərdə iştirak etməyə məcbur etmək psixoloji istismar hesab edilir.

Bildirilib ki, bu yanaşma dini inancı qadağan etmir; əksinə, uşağın təhlükəsizlik və azad seçim hüququnu qoruyur.

Qeyd edək ki, bu barədə qərar 2022-ci ildə qəbul edilsə də, son vaxtlar xarici ölkələrin ideoloji təsirlərinin və dini ekstremizmin qarşısnı almaq məqsədi ilə tətbiqi gücləndirilib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar