SON XƏBƏRLƏR

Türkiyədə körpələrə ad qoyulmasına məhdudiyyətlər tətbiq edilib

2026.10.16, 17:31
Türkiyədə körpələrə ad qoyulmasına məhdudiyyətlər tətbiq edilib

Sianürdən Şahzadəyə qədər: Türkiyədə qeydiyyata alınmayan adlar.

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, Türkiyədə yeni doğulan körpələrə ad seçimi ilə bağlı müəyyən məhdudiyyətlər mövcuddur. Təhqiramiz məna daşıyan, rəqəm və simvollardan ibarət olan, yaxud uşağın gələcəkdə lağa qoyulmasına səbəb ola biləcək adların qeydiyyata alınmasından imtina edilə bilər.

«GZT» mediasının yaydığı məlumata əsasən, «Sianür», «Marslı», «Kral», «Şahzadə» və «Fişəng» kimi adlar uyğun hesab edilmədikləri və uşağa gələcəkdə problem yarada biləcəkləri üçün qeydiyyata alınmaya biləcək adlar sırasındadır.

Bundan əlavə, rəsmi titullarla qarışdırıla bilən və ya milli-mənəvi dəyərlərə zidd hesab edilən adlar da məhdudiyyətlərlə üzləşə bilər. Adlarda «Q», «W» və «X» hərflərinin, eləcə də rəqəm və simvolların istifadəsinə də icazə verilmədiyi bildirilir.

Məlumatda həmçinin qeyd olunur ki, 2587 saylı qanuna əsasən, «Atatürk» adının istifadəsi qadağandır.

Bu məhdudiyyətlərin məqsədi uşaqlara uyğun olmayan adların verilməsinin qarşısını almaq və gələcəkdə yarana biləcək problemləri önləməkdir.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar