SON XƏBƏRLƏR

Salmasda sel bir uşağın həyatına son qoydu

2026.10.23, 17:30
Salmasda sel bir uşağın həyatına son qoydu

Gunaz.tv

Qərbi Azərbaycan eyalətinin Salmas şəhərinin Kaniyan kəndində baş verən sel nəticəsində 10 yaşlı qız uşağı həyatını itirib, daha iki nəfər xəsarət alıb.

Qərbi Azərbaycan vilayətinin Qızıl Aypara Cəmiyyətinin rəsmilərinin bildirdiyinə görə, xilasedicilər sel sularında qalan avtomobildəki şəxsləri xilas etdikdən sonra həlak olan uşağın cəsədini aidiyyəti qurumlara təhvil verib, yaralılar isə xəstəxanalara çatdırılıb.

Qızıl Aypara Cəmiyyətinin Qərbi Azərbaycan vilayəti üzrə rəhbəri Həmid Məhbubun sözlərinə görə, Maku şəhərinin Olanlar kəndində də sel nəticəsində 24 nəfərin yaşadığı 7 ev zərər görüb. Xilasedicilərin müdaxiləsi ilə həmin evlər boşaldılıb və təhlükəsiz vəziyyətə gətirilib.

Bundan əlavə, Salmasın Şurik, Silab, Kaniyan, Şəkəriyazi və Mafi Kəndi kəndlərində 78 nəfərin yaşadığı 17 ev sel sularından zərər çəkib. Həmin evlər də xilasedicilər tərəfindən boşaldılaraq təhlükəsiz vəziyyətə gətirilib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar