SON XƏBƏRLƏR

Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib

2026.10.25, 11:00
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib

Gunaz.tv

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində Rusiyanın Dağıstan Respublikasında görünən quru sahələrinin ərazisi təxminən 2–3 min kvadratkilometr artıb. Bu dəyişiklik suyun geri çəkilməsi və bir sıra adaların materiklə birləşməsi ilə bağlıdır.

“RİA Novosti”nin məlumatına görə, coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov bildirib ki, Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Pıriqunki adaları artıq materiklə birləşib və onlara avtomobillə getmək mümkündür.

Mütəxəssisin sözlərinə görə, Dağıstanın quru sahəsinin əvvəlki 50,3 min kvadratkilometrdən təxminən 52–53 min kvadratkilometrə çatdığı ehtimal edilir. Bununla belə, bu dəyişiklik regionun inzibati sərhədlərinin rəsmi şəkildə genişlənməsi demək deyil, Xəzərin sahil xəttində baş verən dəyişikliklərlə bağlıdır.

Yeni quru sahələrinin dəqiq ölçüsünü müəyyənləşdirmək üçün sahilyanı ərazilərin müasir topoqrafik xəritələrinin hazırlanması zəruridir.

Mütəxəssislər həmçinin Xəzər dənizinin səviyyəsinin azalmasının sahilyanı ekosistemlərə mənfi təsir göstərə və bölgənin təbii şəraitini dəyişdirə biləcəyini bildirirlər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar