SON XƏBƏRLƏR

Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib

2026.10.28, 21:21
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib

Gunaz.tv

Güney Azərbaycanlı milli fəal Əmirhüseyn Ağayi 2026-cı il oktyabrın 27-də, çərşənbə axşamı, İranın Kəşfiyyat Nazirliyinin əməkdaşlarının Təbrizdə onun iş yerinə basqını zamanı həbs edilərək naməlum yerə aparılıb.

İndiyədək onun harada saxlanıldığı və vəziyyəti barədə məlumat yayılmayıb.

Həbs azərbaycanlı fəallara qarşı təhlükəsizlik və məhkəmə təzyiqlərinin davam etdiyi bir vaxtda baş verib. Son həftələrdə “Demokratlar” işi üzrə məhkum edilmiş bir sıra fəala həbs cəzalarının icrası ilə bağlı məhkəmə bildirişləri göndərilib və onlar cəzalarını çəkmək üçün çağırılıblar.

Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi daha əvvəl Əmirhüseyn Ağayini “ölkənin təhlükəsizliyinə qarşı toplaşma və əlbir olma” ittihamı ilə 3 il 7 ay, “Demokratlar” qrupuna üzvlük ittihamı ilə isə 2 il 9 ay müddətinə azadlıqdan məhrum edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar