SON XƏBƏRLƏR

Traxturun qadın komandası “Mis”i məğlub etdi

2026.10.30, 20:31
Traxturun qadın komandası “Mis”i məğlub etdi

Gunaz.tv

Təbridə olan Traktorun (Traxtur) qadınlardan ibarət futbol komandası Birinci Liqanın 5-ci turunda səfərdə “Mis” Rəfsəncanı 3:0 hesabı ilə məğlub edib.

Bita Abdi iki qol vuraraq matçın qəhrəmanı olub. O, qollardan birini penaltidən vurub. Əsra Şirəli-Pur isə Azərbaycan təmsilçisinin üçüncü qolunu vurub.

Sohəyla Kiyaninin rəhbərlik etdiyi komanda bu qələbə ilə 5-ci turu inamlı nəticə ilə başa vurub.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar