SON XƏBƏRLƏR

Traktor Neftçi ilə oyuna çıxa bilməyə bilər: uçuş icazəsi verilmir

2026.10.30, 21:29
Traktor Neftçi ilə oyuna çıxa bilməyə bilər: uçuş icazəsi verilmir

Gunaz.tv

Azərbaycanın “Traktor” (Traxtur) futbol klubu Omana uçuş icazəsi verilmədiyi üçün Asiya Futbol Konfederasiyasına (AFC) məktub göndərərək, səfər problemi həll olunmayacağı təqdirdə Özbəkistanın “Neftçi” komandası ilə oyunda iştirak etməyəcəyini bildirib.

Görüş noyabrın 2-də Asiya Çempionlar Liqasının Elit mərhələsinin dördüncü turu çərçivəsində Omanda keçirilməlidir. Lakin uçuş icazəsi ilə bağlı qeyri-müəyyənlik komandanın oyunda iştirakını sual altına alıb.

Bu, “Traktor”un Omana səfərlə bağlı ilk problemi deyil. Komanda əvvəlki səfərində də İrandan İraq və Türkiyə üzərindən keçməklə uzun və yorucu marşrut qət etməli olmuşdu.

Cavad Nekunam daha əvvəl bildirmişdi ki, belə bir səfər çətinliyi yenidən yaranarsa, komanda yarışlarda gənclərdən ibarət heyətlə iştirak edəcək.

Problemin həll olunmaması Azərbaycanın təmsilçisinin Asiya Çempionlar Liqasının növbəti oyununda iştirak etməməsi ilə nəticələnə bilər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar