SON XƏBƏRLƏR

Şərqi Azərbaycan və Zəncan aylıq inflyasiya üzrə ilk sırada

2026.10.30, 23:32
Şərqi Azərbaycan və Zəncan aylıq inflyasiya üzrə ilk sırada

Gunaz.tv

İran Statistika Mərkəzinin 2026-ci ilin geçmiş ayına dair məlumatına görə, Şərqi Azərbaycan və Zəncan əyalətlərində aylıq inflyasiya 5,7 faizə çatıb. 

Bu göstərici ölkənin bütün əyalətləri arasında ən yüksək səviyyədir. 

İran üzrə orta aylıq inflyasiya isə 4,4 faiz təşkil edib.

Statistika göstərir ki, Mehr ayında (geçmiş ay) bu iki Güney Azərbaycan əyalətində mal və xidmətlərin qiymətləri digər əyalətlərlə müqayisədə daha sürətlə artıb.

Şərqi Azərbaycan və Zəncanın inflyasiya göstəricilərinə görə ilk sırada yer alması bölgə sakinlərinin bahalaşma təzyiqi ilə daha çox üzləşdiyini göstərir. 

Bu tendensiyanın davam etməsi ailələrin alıcılıq qabiliyyətini daha da zəiflədə bilər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar