SON XƏBƏRLƏR

Traktor dolayı reyslə Omana yola düşür

2026.10.31, 17:30
Traktor dolayı reyslə Omana yola düşür

Gunaz.tv

Güney Azərbaycanın Traktor futbol komandası Özbəkistanın Neftçi klubu ilə qarşılaşmaq üçün birbaşa uçuş icazəsi verilmədiyindən Türkiyə üzərindən dolayı marşrutla Omanın paytaxtı Məsqətə yola düşür.

Klubun rəsmi məlumatına görə, Traktor–Neftçi oyunu noyabrın 2-də Məsqətdəki Sultan Qabus stadionunda keçiriləcək.

Məlumata əsasən, klub birbaşa uçuşun təmin edilməsi üçün İran Futbol Federasiyası, Asiya Futbol Konfederasiyası və İranın Omandakı səfirliyi ilə yazışmalar aparıb və danışıqlar edib. Lakin birbaşa uçuş üçün icazə verilməyib.

Bu səbəbdən komanda bu gün Ata aviaşirkətinin təyyarəsi ilə İstanbula uçacaq, axşam saatlarında isə Türkiyədən Omana yola düşəcək. Komandanın sabah sübh saatlarında Məsqətdəki hotelə çatacağı gözlənilir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar