SON XƏBƏRLƏR

Tehranda daha bir sosial media fəalına ağır cəza verildi

2026.11.19, 14:29
Tehranda daha bir sosial media fəalına ağır cəza verildi

Tehran İnqilab Məhkəməsinin 42 yaşlı memar, musiqiçi və sosial media fəalı Sara Musiqini 6 il azadlıqdan məhrum edib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Tehran Apelliyasiya Məhkəməsinin 21-ci bölməsi isə həbs barədə qərarı qüvvədə saxlayıb.

Hazırda Qərçək həbsxanasında saxlanılan sosial media fəalı şəxsi hesabında tənqidi paylaşımlarına görə "düşmən dövlətlərlə əlaqə"də ittiham olunub.

Sara Musiqinin yaxınlarının sözlərinə görə, o ağır işgəncə edilib və cinsi zorakılığa məruz qalıb.

Sosial media fəalınınyaxınları ağır depressiyaya düşən məhbusun intihar edəcəyini bildirdiyini deyiblər.

Qeyd edək ki, Sara Musiqi may ayında Tehrandakı mənzilində həbs edilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar