SON XƏBƏRLƏR

İran Xarici İşlər Nazirliyi qonşu ölkələrə xəbərdarlıq etdi

2026.11.19, 16:19
İran Xarici İşlər Nazirliyi qonşu ölkələrə xəbərdarlıq etdi

ABŞ qobşu ölkələrin ərazisindən İrana qarşı əməliyyatlar üçün istifadə etməyə davam edərsə, Tehran bu ölkələrə hərbi hücumu caiz görür.

Gunaz.tv

Bu, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilib.

Bəyanatda Xarici İşlər Nazirliyi regional hökumətləri ABŞ əməliyyatlarının öz ərazilərindən planlaşdırılmasının, hazırlanmasının və həyata keçirilməsinin qarşısını almağa çağırıb.

Xarici İşlər Nazirliyi əlavə olaraq iddia edib ki, Tehran indiyə qədər "qonşuluq mülahizələri" səbəbindən "maksimum təmkinlə" hərəkət edib. 

Qurumun məlumatına görə, İslam Respublikasının bu ölkələrin ərazisinə hücumları yalnız ABŞ hərbi bazalarını və aktivlərini hədəf alıb və regional hökumətlərin özünə zərər verməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar