SON XƏBƏRLƏR

Qardaşı öldürülən vəkil 18 il azadlıqdan məhrum edildi

2026.11.19, 15:43
Qardaşı öldürülən vəkil 18 il azadlıqdan məhrum edildi

Tanınmış hüquqşünas və insan haqları müdafiəçisi Cavad Əlikordi 18 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu haqda onun vəkili Abbas Musəvi məlumat yayıb.

Bununla yanaşı onun vəkillik fəaliyyətinə daimi olaraq, ölkədən çıxışına isə iki il müddətinə qadağa qoyulub, iki il isə sürgün cəzasına məhkum edilib.

İran Ali Məhkəməsi hüquqşüns barəsində çıxarılan hökmü təsdiq edib.

Cavad Əlikordi "ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq" və "milli təhlükəsizliyə qarşı təbliğat fəaliyyəti etmək"də günahlandırılıb.

Qeyd edək ki, Cavad Əlikordinin qardaşı, tanınmış vəkil Xosrov Əlikordi 5 dekabr 2025-ci ildə Məşhəddəki ofisində ölü tapılıb. İran rəsmiləri ölüm səbəbini "ürək tutması" kimi açıqlasalar da, ailəsi və həmkarları qeyri-adi qanaxma kimi dəlillərə əsaslanaraq bu versiyanı rədd edib və müstəqil araşdırma tələb ediblər.

 12 dekabr 2025-ci ildə Məşhəddə keçirilən yeddi mərasimi zamanı təhlükəsizlik qüvvələri mərasimə müdaxilə edərək Cavad Əlikordi və Nərgiz Məhəmmədi də daxil olmaqla onlarla fəalı və vəkili zorakılıqla həbs edib.

İnsan haqları təşkilatları C.Əlikordinin qardaşı Xosrov Əlikordinin rejim tərəfindən öldürüldüyü barədə bəyanatlar səsləndirməsi və ölüm səbəblərinin araşdırılmasını tələb etdiyinə görə cəzalandırıldığını bildirirlər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar