SON XƏBƏRLƏR

Şimali Koreyada kəskin sosial uçurum: Liderin qızının geyimi işçinin illik gəlirindən bahadır

2026.11.19, 21:39
Şimali Koreyada kəskin sosial uçurum: Liderin qızının geyimi işçinin illik gəlirindən bahadır

Gunaz.tv

Şimali Koreyanın dövlət mediası ölkə lideri Kim Çen Inin qızı Kim Ju Ae-nin xizək sürməsini izlədiyi anları əks etdirən görüntülər yayımlayıb. Görüntülər Çin sərhədi yaxınlığındakı Samjiyon şəhərinin xizək kurortunda çəkilib.

Kadrlarda Kim Çen In gün eynəyi və əlində siqaretlə qarın üzərinə qoyulmuş dəbdəbəli divanda əyləşərək qızının xizək sürməsinə tamaşa edir. Bu səfər onun Paektu dağı yaxınlığındakı Samjiyon turizm layihələrinə iki günlük səfəri çərçivəsində baş tutub.

Cənubi Koreya mediasının bəzi məlumatlarına görə, Kim Çen Inin qızının xizək geyim dəstinin dəyəri təxminən 1 500 dollar qiymətləndirilir. Bu məbləğ Şimali Koreyada adi bir vətəndaşın illik təxmin edilən gəlirini — 1 250–1 330 dolları — üstələyir.

Məlumatlarda hakim təbəqə ilə sadə vətəndaşlar arasındakı iqtisadi fərqə diqqət çəkilir. Şimali Koreya əhalisinin böyük bir hissəsi ərzaq təhlükəsizliyi, əsas tələbat mallarının çatışmazlığı və ağır dolanışıq problemləri ilə üzləşdiyi halda, ölkə rəhbərliyinin ailəsinin dəbdəbəli həyat tərzi nümayiş etdirməsi diqqət çəkir.

 

GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar