SON XƏBƏRLƏR

Türkiyə Ərdoğanın rəsmi təyyarəsini İndoneziyaya təhvil verəcək

2026.11.19, 20:34
Türkiyə Ərdoğanın rəsmi təyyarəsini İndoneziyaya təhvil verəcək

Gunaz.tv

Türkiyə Prezident Administrasiyasının təxminən 10 il istifadə etdiyi Airbus A340-500 təyyarəsini təmir və rəngləmə işlərindən sonra İndoneziya hökumətinə təhvil verməyi planlaşdırır.

İlkin məlumatlarda təyyarənin satılacağı bildirilsə də, İndoneziyanın Müdafiə Nazirliyi onun Türkiyədən alınan hərbi texnika və silahlarla bağlı bir neçə müqavilə çərçivəsində kompensasiya (Offset) mexanizminin tərkib hissəsi kimi veriləcəyini təsdiqləyib.

Dörd mühərrikli təyyarə 2008-ci ildə istehsal olunub. Türkiyə onu 2016-cı ildə təxminən 77 milyon 800 min dollara alıb və Airbus A340-500 2017-ci ilin aprelindən Rəcəb Tayyib Ərdoğanın xarici səfərlərində istifadə edilib.

56 sərnişin tutumuna, xüsusi VIP salonuna və təxminən 17 min 700 kilometr uçuş məsafəsinə malik təyyarənin hazırlıq işləri başa çatdıqdan sonra İndoneziyaya təhvil verilməsi gözlənilir.

İndoneziya rəsmiləri razılaşmanın maliyyə detalları, təyyarənin hərbi müqavilələr çərçivəsindəki dəyəri və təhvil verildikdən sonra hansı məqsədlə istifadə olunacağı barədə hələlik məlumat açıqlamayıblar.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar