Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Amerikada başlayan və qlobal xarakter alan maliyyə böhranı ilə eyni vaxtda neft də sürətlə ucuzlaşır. Son məlumatlara görə, ötən həftə kəskin ucuzlaşaraq 1 barrel üçün 70 dolların altına enən neft 2 dollar bahalaşaraq hazırda 71 dollara satılır. Bununla belə, iyulun 11-dən bu yana neft artıq iki dəfədən çox ucuzlaşıb. atırladaq ki, həmin tarixdə “qara qızıl”ın qiyməti rekord vuraraq 1 barrel üçün 147 dollara çatmışdı. O vaxt neftin bu cür kəskin bahalaşmasını izah etməyə çalışan analitiklər qeyd edirdilər ki, əsas səbəb neftə tələbatın Çin, Braziliya, Hindistan kimi sürətlə inkişaf edən ölkələrin hesabına kəskin artmasıdır. Digər səbəblər arasında isə İranla Amerika arasında qarşıdurma, Yaxın Şərqdəki vəziyyət və s. Göstərilirdi. Lakin eyni zamanda neftin bu cür kəskin bahalaşmasını istisadi baxımdan izah etməkdə çətinlik çəkənlər də az deyildi. Bir çoxlarına görə, bu, təşkil olunmuş oyundur. Avqust ayında Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra neftin qiymətində kəskin enmə başladı. Baxmayaraq ki, bu cür hərbi münaqişələr bir qayda olaraq neftin bahalaşmasına səbəb olur. Həmin ucuzlaşma prosesi hələ də dayanmayıb və hazırda “qara qızıl” 2007-ci ilin avqustundan bu yana ən aşağı qiymətə satılır. Ucuzlaşmanı şərh edən analitiklər hesab edirlər ki, Amerikada başlayan və dünyanın bir çox ölkələrinə, o cümlədən Avropaya yayılan kəskin maliyyə böhranı şəraitində neftə tələbat azalıb. Nəticədə qiymətlər düşür. Bu izahı qəbul etmək olar. Çünki Amerika dünyanın ən iri neft istehlakçısıdır. Bu ölkədə neftə olan tələbatın artması və ya azalması dərhal birjalarda qiymətlərə təsir göstərir. Lakin neftin kəskin bahalaşması kimi bu cür kəskin ucuzlaşması da iqtisadi baxımdan bir qədər çətin izah ediləndir. İndi belə fikirlər var ki, Rusiyanın Gürcüstana müdaxilə etməklə Qərbin strateji maraqları yerləşən bölgələri öz nəzarəti altina almaq cəhdlərinə və İranın beynəlxalq sanksiyalara baxmayaraq öz nüvə proqramlarını dayandırmamasına cavab olaraq onlara qarşı neft silahı işə salınıb. İndiyədək Rusiya, İran kimi ölkələr özləri neftdən siah kimi istifadə edirdilər. Belə ki, Rusiyanın hərbi və iqtisadi baxımdan yenidən güclənərək superdövlətə çevrilməsi məhz neftin sayəsində mümkün olub. Ötən bir neçə il ərzində davamlı olaraq bahalaşan neftdən əldə etdiyi milyardlarla dollar hesabına Rusiya ordusunu gücləndirib, Qərbin maliyyə institutlarından götürdüyü kreditləri vaxtından əvvəl ödəyib, iqtisadiyyatını neft amili üzərində olsa da, hər halda möhkəmləndirib. Hazırda Rusiyanın xarici ehtiyat fondlarında 550 milyard dollara yaxın neft pulu var. SSRİ-nin dağılmasından sonra Rusiya heç vaxt bu həcmdə ehtiyatlara malik olmayıb. İran da neft gəlirlərinin hesabına güclənib və Qərbə meydan oxuyur. Belə ki, neft gəlirləri sayəsində İrana qarşı tətbiq edilmiş beynəlxalq iqtisadi sanksiyaların təsiri olmur, Tehran neftdən ölkəyə axan gəlirlər hesabına əsasən Rusiyadan yeni silahlar alır, hərbi xərclərini durmadan artırır. Bunun nəticəsində ABŞ-ın İrana mümkün hərbi müdaxiləsinin istənilən nəticəni verməyəcəyi artıq yəqinləşib. Demək, İrana qarşı ABŞ-ın əlindən hərbi təzyiq rıçaqları da çıxmaq üzrədir. Ona görə də belə fikirlər var ki, Qərb çevrələri neftin ucuzlaşmasını və qlobal iqtisadi böhranı İran və Rusiya kimi ölkələrə qarşı məqsədli şəkildə təşkil edib. İran prezidenti Mahmud Əhmədinejad da hesab edir ki, neftin ucuzlaşmasını “sionistlər” onun ölkəsini iqtisadi baxımdan çökdürmək üçün təşkil edib. Ona görə də İran prezidenti neftin ucuzlaşmasını dayandırmaq üçün üzv olduğu OPEC-i təcili şəkildə hasilat kvotasını azaltmağa çağırıb. OPEC bu çağırışı dəstəkləyib, gözlənilir ki, bu həftə təşkilat gündəlik neft hasilatını əhəmiyyətli ölçülərdə azaltmaq məsələsini müzakirəyə çıxaracaq. Məlumatlara görə, OPEC noyabrın 1-dən hasilatı sutkada 1 milyon barrel azaltmaq niyyətindədir. Lakin OPEC-in hasilatı azaldacağı haqda xəbərlər belə neftin ucuzlaşmasını dayandıra bilməyib. Analitiklərə görə, ola bilsin ki, dünyanın neftə tələbatının 40 faizini (29.7 milyon barrel) təmin edən OPEC-in hasilatı azaltması qiymətləri artıracaq. Ancaq neftin neçəyə satılmasını indi Qərbin maliyyə və iqtisadi çevrələri müəyyən edir. Qeyd olunmalıdır ki, neftin ucuzlaşması artıq Rusiyaya öz təsirini göstərib. Amerika analitikləri bu yaxınlarda müəyyən etmişdilər ki, Rusiyanın xarici siyasətdə aqressivliyinin artması neftin bahalaşması ilə birbaşa bağlıdır. İndi isə Rusiya büdcəsində kəsir təhlükəsi yaranıb. Çünki büdcədə neftin qiyməti 70 dollar götürülüb. “Financial Times” qəzetinin yazdığına görə, Rusiyada daha kəskin xarakter alan maliyyə böhranı və neftin ucuzlaşması Kremlin “Qazprom” şirkəti vasitəsilə xaricdə həyata keçirməyə çalışdığı bir sıra irimiqyaslı layihələri şübhə altında qoyub. Gələcəkdə Rusiyanın və İranın vəziyyəti daha pis ola bilər. Amerikada prezident seçilmək şansı kifayət qədər böyük olan Barak Obama isə elan edib ki, prezident seçilsə, ölkənin daxili neft yataqlarını işlədəcək, bununla da ABŞ-ın xarici neftdən asılılığı azalacaq. Obama vəd edir ki, prezident seçilsə, neftin qiymətinin 30 dollara qədər enməsini təmin edəcək. Bu vəd iqtisadi baxımdan kifayət qədər əsaslıdır, çünki Amerikanın zəngin neft ehtiyatları var, Konqres bir neçə ay əvvəl həmin yataqların istismarına icazə verən qanunu qəbul edib. Əgər Amerika öz yataqlarını işə salsa, bunun neftin ucuzlaşmasına təsiri qaçılmaz olacaq. Çünki qeyd olunduğu kimi, Amerika ən böyük neft alıcısıdır, neft ölkələrinə axan milyardların əsas hissəsinin mənbəyi bu ölkədir. Digər tərəfdən, Amerikada başlayan maliyyə böhranından da ən ağır zərbəni məhz Rusiya alır. Amerika hökuməti az qala 1 trilyon dollar xərcləyərək müflis olmaq üzrə olan bankları özününküləşdirir, Rusiyanın imkanları isə belə geniş deyil. Təsadüfi deyil ki, son günlər Qərb birjalarında çökmə dayansa da, Rusiyada bu proses davam edir. Artıq Rusiyanın iri şirkətlərinin səhmləri kağız dəyərinə satılır, ölkə iqtisadiyyatına nəzarət edən oliqarxların isə 250 milyard dollardan çox pul itirdiyi haqda xəbərlər var. Amerikanın öz neft yataqlarını işə salması onun Yaxın Şərqin ərəb ölkələrindən asılılığını da azaldacaq. Bu isə Birləşmiş Ştatların həmin regionda öz maraqlarına uyğun demokratik rejimlər yaratmaq planlarını həyata keçirməyə imkan yaradacaq. Lakin məsələ ondadır ki, neft üzərində qurulan böyük oyunlar Azərbaycan kimi neftdən asılı kiçik ölkələrə də ciddi təsir edəcək. Çünki Azərbaycan öz büdcəsini əsasən neft gəlirləri üzərində qurub. Digər tərəfdən Azərbaycan, Qazaxıstan kimi ölkələr neftin hesabına varlandıqca avtoritarizmə də daha çox meyil edirlər. Çünki Qərbin onlara təsir imkanları azalır. Fərhad MƏMMƏDOV musavat
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!