Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
GünAz TV: Dünən İsrailin əksər qəzetləri, o cümlədən “Haaretz”, “The Jerusalem Post”, “Maariv” və digərləri bu xəbərə yer veriblər.
ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail xüsusi xidmət orqanları İranın Azərbaycanda Amerika və yəhudi maraqlarına qarşı terror hücumları təşkil etmək cəhdlərinə cavab olaraq Azərbaycana diqqəti artırıb.
Bu arada Bakıdakı qaynaqlara istinadən İsrail mediası xəbər yayıb ki, İran agentlərinin bu ölkənin Azərbaycandakı səfiri Mixail Loven-Lotemi öldürmək planı var. Xəbər əvvəlcə Azərbaycan xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bəzi rusdilli İsrail saytlarında yer alıb. Dünən isə İsrailin əksər qəzetləri, o cümlədən “Haaretz”, “The Jerusalem Post”, “Maariv” və digərləri bu xəbərlərə yer veriblər. Bakıdakı yəhudi səfirə qarşı İranın sui-qəsd planlarının olduğu İsrail xüsusi xidmət orqanlarınca da təsdiqlənir. Xəbərlərdə qeyd edilir ki, bugünlərdə MTN (Milli Təhlükəsizlik Nazirliyi) tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılan Rasim Əliyev və Əli Hüseynov adlı şəxslər Bakıdakı İsrail dini məktəbi “Habad Or-Ənvər”in iki müəllimi ilə yanaşı səfiri də vurmaq tapşırığı alıb. Bildirilir ki, Azərbaycan xüsusi xidmət orqanları həmin şəxslərin İsrail səfirinə qarşı sui-qəsd həyata keçirmək barədə tapşırıq almasını araşdırır.
İsrail hökumətinin Anti-Terror Bürosu isə bəzi ölkələrdə, o cümlədən Azərbaycanda yəhudilərə qarşı terror təhlükəsinin mövcud olduğuna dair xəbərdarlığını yeniləyib. Büro bu ərəfədə İsrail vətəndaşlarını Bakıya səfərlərini təxirə salmağa çağırır. Bakıdakı səfirliyin təhlükəsizliyi daha da gücləndirilib, bəzi məlumatlara görə, bu məqsədlə İsraildən xüsusi təyinatlı agentlər göndərilib. Xəbərdarlığa görə, İran xüsusi xidmət orqanları və “Hizbullah” bu təşkilatın hərbi qanadının nüfuzlu lideri İmad Muqniyənin öldürülməsinin ildönümü ərəfəsində qisas əməliyyatları həyata keçirmək niyyətindədir. 2008-ci ildə İran kəşfiyyatı “Hizbullah” vasitəsilə Muqniyənin öldürülməsinə qisas olaraq Bakıdakı İsrail səfirliyini partlatmaq planı hazırlamışdı.
İsrail ordusunun Baş Qərargah rəisi Benni Gantz də bir sıra ölkələrdə yəhudilərə qarşı terror hücumları təhlükəsinin mövcud olduğunu təsdiqləyib. O deyib ki, hazırda İsrailin düşmənləri fəallaşıblar və müxtəlif ölkələrdə öz planlarını həyata keçirməyə cəhd edirlər. General bununla bağlı “Hizbullah”a sərt xəbərdarlıq edib: “Biz onlara məsləhət görürük ki, İsrailin qətiyyətini sınamaq fikrinə düşməsinlər”. Bildirilir ki, İsrail Müdafiə Nazirliyi xarici ölkələrdəki İsrail hədəflərinə və nümayəndəliklərinə hücum təhlükəsi ilə bağlı yüksək hazırlıq vəziyyəti elan edib. Lakin bu hazırlığın hansı tədbirləri nəzərdə tutduğu açıqlanmır. “Biz ”Hizbullah"ın və digər düşmən elementlərin (ünsürlərin) İsraildən uzaqlarda vəhşi terror aktları (əməlləri) həyata keçirmək cəhdlərinin şahidi oluruq, bildirirəm ki, bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq" deyə, general Gantz bildirib.
ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Azərbaycandakı səfirliyi də Milli Təhlükəsizlik Nazirliyinin Bakıda xarici vətəndaşlara qarşı terror aktının qarşısının alınması barədə məlumatından sonra öz vətəndaşlarına xəbərdarlıq edib. Müvafiq xəbərdarlıq ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında yerləşdirilib. Səfirlik ölkəmizdəki vətəndaşlarına xatırladır ki, ABŞ əleyhinə və Amerikanın Azərbaycandakı xarici siyasət maraqları əleyhinə təhlükə qalmaqdadır: “Azərbaycandakı ABŞ vətəndaşları, xüsusilə Qərb və İsrail icmaları ilə əlaqəli olan ictimai yerlərdə sayıq olmalıdır”. ABŞ səfirliyinin mətbuat katibi Kis Bin APA-nın “xəbərdarlıqla əlaqədar səfirlikdə təhlükəsizlik tədbirləri gücləndirilibmi”, sualına cavab olaraq bildirib ki, bütün müvafiq təhlükəsizlik tədbirləri görülür.
Digər xəbərə görə isə MTN-in Bakıda yəhudi məktəbinin müəllimlərinə qarşı sui-qəsd planının qarşısını almasının ardınca İsrail gömrükdə təhlükəsizliyin gücləndirilməsində kömək göstərmək barədə Azərbaycanla sənəd imzalayıb. Məlumata görə, İsraillə Azərbaycan arasında gömrük sahəsində əməkdaşlığa dair sənədi Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə İsrail səfiri Mixail Lavon- Lotem imzalayıblar. Əməkdaşlığın nədən ibarət olacağı məlum deyil, lakin ehtimal ki, söhbət Azərbaycanın gömrük postlarında qaçaqmalçılığın qarşısının alınmasında İsrailin köməyindən istifadədən gedir. MTN-in məlumatında bildirilirdi ki, sui-qəsd üçün silahlar və partlayıcı maddələr İrandan Azərbaycana gömrükdən gizli yollarla keçirilib. Bu da Azərbaycanın İranla sərhəd gömrük postlarında təhlükəsizliyə dair suallar yaradırdı. Digər tərəfdən, Azərbaycan üzərindən daşınan narkotiklərin böyük hissəsi İrandan keçirilir. Şübhə yoxdur ki, Bakının gömrük sahəsində İsraillə əməkdaşlığa dair yeni razılaşma imzalaması İranın qəzəbini artıracaq. Azərbaycan hakimiyyəti də son vaxtlarda ilk dəfə İranın ünvanına sərt çıxışlar etməyə başlayıb. Rəsmi dövlət qəzeti “Azərbaycan” İran əleyhinə sərt məqalə dərc edib, bu ölkənin Azərbaycanda stabilliyi pozmaq cəhdlərinin cavabsız qalmayacağı vurğulanıb. Belə cavablardan biri də İsraillə təhlükəsizlik sahəsində əməkdaşlığı daha da genişləndirməkdir.
İran səfirliyi isə “Yeni Müsavat”a açıqlamasında, MTN-in Bakıda yəhudi məktəbinin müəllimlərinə qarşı sui-qəsd planının İranla bağlı olması iddiasını belə qiymətləndirib: “İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bu məsələnin İranla əlaqələndirilməsini qəti surətdə rədd edir və bildirir ki, bu məsələ sionistlərin iki ölkə - İran və Azərbaycan arasındakı əlaqələrə xələl gətirmək məqsədi güdən bir provokasiyasıdır (fitnədir)”. Yeni müsavat
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Daha bir siyasi məhbus edama məhkum edildi
İranda qadın müğənniyə 74 şallaq cəzası
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib