SON XƏBƏRLƏR

Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib

2021.10.20, 07:36
Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Gunaz.tv

GünAz TV: "İrəli" İctimai Birliyinin üzvləri Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya (göstəri) keçiriblər.

Aksiya Fransa Senatında "Qanunla tanınmış soyqırımlarının mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin qəbuluna etiraz olaraq təşkil edilib.

Aksiya iştirakçıları səfirliyin qarşısında "Fransada ölmüş demokratiya"nın ruhuna şamlar yandırıb, "Azərbaycan-Türkiyə!", "Ar olsun, Sarkoziyə!", "Sarkozi - Sarkisyan!" şüaları səsləndiriblər. Daha sonra etiraz bəyanatı oxunub.

Dünən Fransanın Bakıdakı səfirliyinin qarşısında səssiz etiraz aksiyası da keçirilib.

Facebook istifadəçilərinin təşəbbüsü ilə təşkil edilən aksiyada yanvarın (January) 23-də Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərə cəza tətbiqi ilə bağlı qəbul edilən qanun layihəsinə etiraz edilib.

Aksiyada iştirak edən sosial şəbəkə istifadəçiləri arasında sadə vətəndaşlar, jurnalistlər də olub.

Onlar ağızlarını yapışqan lentlə bağlayaraq bununla söz azadlığının boğulmasına qarşı etiraz bildiriblər.

Polislər qeyri-adi aksiyanı kənardan izləyib və dinc xarakterli (mahiyyətli) aksiyaya qarşı heç bir hərəkət tətbiq etməyiblər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar