SON XƏBƏRLƏR

Həbs dalğası böyüyür; Mehdi Abbasi də tutuqlandı

2021.10.20, 07:36
Həbs dalğası böyüyür; Mehdi Abbasi də tutuqlandı

Gunaz.tv

GünAz TV: İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqləri durmadan artır. Tutulanlar siyahısına bir nəfər də əlavə oldu.

 

Son məlumata görə, Güney Azərbaycanın Əhər şəhərində daha bir azərbaycanlı öyrənci fəal tutuqlanıb. Mehdi Abbasi (Oktay) dünən (2012-ci il yanvarın 24-ü , 1390-cı il bəhmənin 4-ü) yerli vaxtla saat 16 radələrində tutuqlanıb.

 

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları Abbasinin yaşadığı evə müraciət edərək onu yaxalayıb və naməlum istiqamətə aparıblar.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal Əhər şəhərinin Azad universitetində təhsil almaqdadır.

 

Xatırladaq ki, bundan öncə 24 saat ərzində daha 5 nəfər azərbaycanlı fəal (Əli Pakbaz, Şəhram Radmehr, Əfşin Şəhbazi, İbrahim Savalan və Məhəmməd Əhədi) yaxalanıblar.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar